Bakıda maraqlı hadisə: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda maraqlı hadisə: Televizor aldılar, erməni təxribatı ilə qarşılaşdılar

Bakıda maraqlı hadisə:

Ailə aldıqları televizorda erməni təxribatı ilə üzləşib. Maraqlı hadisə paytaxtın binəqədi rayonunda yaşanıb. Belə ki, ailənin övladı televizorda oyun oynayarkən separatçı rejimin bayrağı hansıdır sualı ilə qarşılaşıb. "XəzərXəbər” məsələnin təfərrüatlarını araşdırıb.
Televizor aldılar, içərisindəki oyunlardan birində erməni təxribatı ilə qarşılaşdılar.
Maraqlı hadisə Binəqədi rayonunda yaşayan Nəzərovlar ailəsinin başına gəlib. Belə ki, televizorda ölkələrin bayraqları ilə bağlı "quiz flags" oyununu oynayan zaman 8-ci sinif şagirdi Elvin Nəzərov qondarma separatçı rejimin bayrağı hansıdır sualı ilə qarşılaşıb.
Elvinin valideyni də bildirir ki, televizordakı oyunda belə bir məqamın olması onların ağıllarına belə gəlməyib. Ancaq bunu müşahidə edəndən sonra valideyn bir neçə yerə müraciət də edib.
Məsələ ilə bağlı televizorları istehsal edən şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, həmin yeni nəsil televizorlar android əməliyyət sistemini dəstəkləyir və adı çəkilən oyun da play-stordan yüklənib. Play-stordakı proqramlara görə isə televizoru istehsal edən şirkət heç bir məsuliyyət daşımır. Çünki, televizor nə yükləsən onu da özündə saxlayacaq. Yəni bu televizorun istehsalçı proqram təminatında nəzərdə tutulmayan bir məsələdir.
Onu da qeyd edək ki, son zamanlar, Azərbaycana eləcə də islam dininə qarşı təhqiredici məqamları özündə birləşdirən oyunların sayı artıb. Buna görə də valideynlərin diqqətli olmaları və uşaqların oynadıqları oyunları nəzarətdə saxlamaları tövsiyyə olunur.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *