Şamaxıda çətin vəziyyətə düşən turistlər xilas ediliblər
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.
Turistlərin olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.
Əlavə məlumat veriləcək.
Mənbə:> Oxu.Az