13 yaşlı qızın hamilə olduğu canlı yayımda bilindi – FOTO
Türkiyədə canlı yayımda 13 yaşlı qızın hamilə olduğu ortaya çıxıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə 13 yaşlı Z.Ş-nın ailəsi qızın itməsi ilə əlaqədar Mügə Anlının verlişinə müraciət edib.
8 aydır itkin düşən qız verliş efirə yayımlandıqdan sonra səssizliyini pozub. O verlişə zəng vuraraq zorla nişanlandırıldığı üçün evdən qaçdığını deyib.
Araşdırmalar nəticəsində 13 yaşlı qızın sevdiyi oğlanla qaçdığı və 7 aylıq hamilə olduğu ortaya çıxıb.
Qız nişanına aid şəkilləri verlişə göndərib. Həmin şəkillər canlı yayımda nümayiş etdirilsə də, onun nənəsi iddiaları inkar edib.
Nənə qızın nişanlanmasından xəbərsiz olduğunu deyib.
Müğə Anlı nənənin sözlərinə inanmayıb və polisə müraciət edib. Polis 13 yaşlı qızla yaşayan oğlanı saxlayıb. Polisə ifadə verən qız oğlanı sevdiyini və hamilə qaldığını deyib.
Hüquq-mühafizə orqanı qızın ailəsinin istintaqa cəlb edildiyini və onlar barədə araşdırma aparıldığını açıqlayıb.
Mənbə:> Missiya.az