Polis 14 yaşlı hamilə qızın “sevgili”sini axtarır
Rusiyanın Sankt-Peterburq şəhərinin polisi 8-ci sinif şagirdi olan 14 yaşlı qızın körpəsinin atasını axtarır. Şəhərin Krasnoqvardeyski rayonunun polisinə noyabrın 25-də daxil olan məlumata əsasən, bundan bir gün əvvəl həkimlərə müraciət etmiş yeniyetmə qızın hamilə olduğu aşkarlanıb.
AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, qızın özünün sözlərinə görə, 2016-cı ilin avqustunda Azərbaycana səfəri zamanı burada eşq macərası yaşayıb.
Məktəblinin anası polisə ərizə yazmaqdan imtina edib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamaya başlayıblar. Körpənin atası müəyyənləşdirilərsə, o, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma maddəsi üzrə cinayət məsuliyyəti daşıyacaq.
Mənbə:> Virtualaz.org