Şamaxıda 15 yaşlı məktəbli qızın hamilə qalmasında ittiham edilən müəllim tutuldu » AzNews.info -Xəbər portalı

Şamaxıda 15 yaşlı məktəbli qızın hamilə qalmasında ittiham edilən müəllim tutuldu – VİDEO

Şamaxıda 15 yaşlı məktəbli qızın hamilə qalmasında ittiham edilən müəllim tutuldu


Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şagirdini zorlamaqda ittiham edilən müəllim Elnur İbrahimov saxlanılıb.

AzNews.info bildirir ki, bu barədə ANS TV-nin rayona ezam olunan əməkdaşı məlumat verib.

25 yaşlı Elnur İbrahimovun ailəlidir və 2 uşaq atasıdır. E.İbrahimovun Pirbəhli kənd orta məktəbində 4 ildir ki, işlədiyi bildirilir.

Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şok hadisə qeydə alınıb. İddiaya görə, orta məktəb şagirdi öz müəllimindən hamilə qalıb.

Rayonun Pirbəhli kənd məktəbinin 15 yaşlı 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir. Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

Məlumata görə, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *