Şamaxıda 5 kəndlə əlaqə kəsilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Yollar bağlanıb.

Şamaxı rayonunun beş kəndi ilə əlaqə kəsilib.

AzNews.info-nun Report-a istinadən verdiyi məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib.

Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur.

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *