Bakıda ruhi xəstə məsciddə namaz qılan şəxsi bıçaqladı
Bakının Suraxanı rayonu ərazisində yerləşən məscidlərdən birində bıçaqlanma hadisəsi baş verib.
AzNews.info-nun Report-a istinadən xəbərinə görə, Bülbülə qəsəbəsində yerləşən məscidə namaz qılmağa gələn 21 yaşlı Məmmədov Kamran Əhməd oğluna tanımadığı şəxs bıçaqla qəfil hücum edib. Nəticədə K.Məmmədov bıçaqlanıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, hadisəni törədən Faiq Mahmudov ad-soyadlı şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Hazırda o saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report