Bakıda avtobusda qan düşdü
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzNews.info-nun məlumatına görə, hadisəni Suraxanı rayon Polis İdarəsi Lent.az-a təsdiqləyib. Verilən məlumata görə, fevralın 21-i saat 21:20 radələrində Heydər Əliyev prospekti 41 ünvanının qarşısında, 136 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunda 1993-cü il təvəlüdlü Əsgərov Nicat Füzuli oğlu bıçaqlanıb.
22 yaşlı oğlan 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avtobusda qanlı əməl törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, 136 saylı xətt avtobusu Mərdəkan qəsəbəsi ilə metronun "28 May" stansiyası arasında srnişindaşıma ilə məşğul olur.
Mənbə:> Lent.az