Araz Ağalarovun şəriki güllələndi
Moskvada “Crocus City Oceanarium”un baş direktoru və təsisçisi güllələnib. Virtualaz.org xəbər verir ki, hadisə dünən səhər baş verib. Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.
Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb, o, hadisə yerində ölüb. İstintaq qətlin hər hansı mümkün motivini açıqlamır.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib. “Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi kilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”-mənbə bildirib.
Mənbə:> Virtualaz.org