İzmirdə zəlzələ baş verib
Türkiyədə, Ege dənizində 4,5 bal gücündə zəlzələ olub.
AzNews.info “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Nazirliyinin Seysmoloji İdarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanların mərkəzi İzmir əyalətinin Karaburun rayonu olub. Yeraltı təkanların ocağı 11,88 km-də yerləşib.
Məlumata görə, zəlzələdən sonra əhali arasında vahimə yaranıb.
Mənbə:> Report