Boğazından əməliyyat olan xəstə ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Səhiyyə

Boğazından əməliyyat olan xəstə ölüb

Boğazından əməliyyat olan xəstə ölüb

Ucar rayonunda üzərində cərrahiyyə əməliyyatı olan şəxs Bakıda dünyasını dəyişib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasov boğaz nahiyəsində yaranmış problemlə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Müayinədən sonra həkimlər xəstəyə əməliyyatın vacib olduğunu bildiriblər.

Yaxınlarının sözlərinə görə, B.Abbasov qorxduğunu əsas gətirərək evə qayıdıb. Ertəsi gün həkim ona zəng edərək, əməliyyat üçün xəstəxanaya getməsini istəyib.

Boğazından əməliyyat olunan B.Abbasov komaya düşüb. Xəstə təcili olaraq paytaxtın Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. 14 gün komada qalan iki uşaq atası ötən gün xəstəxanada ölüb.

Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı bildirib ki, Bəxtiyar Abbasov xəstəxanada əməliyyatdan sonra komaya düşməsinin üç səbəbi ola bilər:

“Birinci, əməliyyat edən həkimin səhlənkarlığı, ikinci, anestezioloqun səhvi, üçüncü isə xəstədə gizli gedən hər hansı xəstəliyin olmasıdır”.

Baş həkim ölümün dəqiq səbəbinin analizlərin cavabından sonra məlum olacağını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *