Keçmiş YPX əməkdaşının 16 yaşlı oğlu qəzada ölüb
Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.
Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi “Traktor” yolun kənarında dayan “Vaz 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən gənci atası uzun müddət yol polisi işləyib.
Fakt araşdırılır.
Mənbə:> APA