Oğuzda ağır qəza: 3 nəfər öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Oğuzda ağır qəza: 3 nəfər öldü

Oğuzda ağır qəza: 3 nəfər öldü


Oğuzda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, aprelin 27-də saat 21.00 radələrində Qaraməryəm-İsamayıllı-Şəki magistiral avtomobil yolunun 125-ci kilometrliyində, Oğuz rayon ərazisindən keçən hissəsində Laçın rayonunda anadan olan, hazırda Oğuz rayonu Malax kəndində məskunlaşan məcburi köçkün, 1973-cü il təvəllüdlü Rövşən Kamal oğlu Abbasov idarə etdiyi “VAZ 210154” markalı 90 NC 945 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü R. Abbasov və sərnişinlərdən biri - Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Məhyəddin Kərimov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Digər sərnişin, Şuşa şəhərində anadan olan, Bərdə rayonu Kələntərli kəndində məskunlaşan məcburi köçkün, 1988-ci il təvəllüdlü Elşən Əhliyət oğlu Allahverdiyev isə ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *