Bakıda 120-lik yolda əks istiqamətdə hərəkət edən “kamikadze” » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Video

Bakıda 120-lik yolda əks istiqamətdə hərəkət edən “kamikadze” – VİDEO

Bakıda 120-lik yolda əks istiqamətdə hərəkət edən “kamikadze”

Bu gün Bakının Heydər Əliyev prospektində ciddi qayda pozuntusu qeydə alınıb.

AzNews.info-nun BAKU.WS-ə istinadən məlumatına görə, hadisə Aviasiya Akademiyasının qarşısında baş verib.

Sürət həddi 120 km/saat olan yolda qəfildən avtomobillərin qarşısına əks istiqamətdə hərəkət edən ZİL markalı yük avtomobili çıxıb.

Soldan ikinci zolaqla hərəkət edən avtomobil magistralda ciddi təhlükə yaradıb.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda ZİL markalı yük avtomobilinin xarab olub qalmasına görə, dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinə çırpılan mikroavtobusda 5 nəfər dünyasını dəyişib, 20-yə yaxın sərnişin yaralanıb.

Mənbə: Baku.ws
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *