İtaliyada hotel qar altında qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

İtaliyada hotel qar altında qaldı – YENİLƏNİB

İtaliyada hotel qar altında qaldı

İtaliyanın Qran-Sasso dağ massivində yerləşən “Rigopiano di Farindola” hotelinin qar uçqunu altında qalması nəticəsində 30-a yaxın adam ölüb.

Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən məlumat yayıb.

Daha öncə hotelin qar uçqunu altında qalması nəticəsində 20 nəfərin içəridə qaldığı bildirilirdi.
Hadisə yerinə gələn xilasedicilər faciə zamanı hoteldə olan və hadisəyə şahid olan iki zərərçəkənə yardım ediblər.

Latsio, Marke və Abrutso vilayətlərinin sərhədində 5,3 və 5,5 maqnitudalı üç yeraltı təkan olub. İtaliyanın mərkəzi rayonlarında qar örtüyünün qalınlığı 1-2 metr arasındadır. Qar təmizləməyə əlavə qüvvələr cəlb edilib, 250 min adam elektriksiz qalıb.

09:54

İtaliyanın Qran-Sasso dağ massivində yerləşən Abrusso vilayətində qar uçqunu nəticəsində yerli “Rigopiano di Farindola” hoteli qarın altında qalıb. Hadisə baş verən zaman içəridə 20-dən çox insanın olduğu ehtimal edilir.

Report xəbər verir ki, bu barədə “RaiNews” telekanalı məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Hotel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır.

Peskara əyalətinin rəhbəri Antonio Di Marko insidenti “dəhşətli faciə” adlandırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *