Aazazda partlayış: 60 nəfər ölüb
Suriyanını Hələb vilayətində müxalifət qüvvələrinin nəzarət etdiyi Aazaz rayonunda törədilmiş terror aktı nəticəsində ən azı 60 nəfər ölüb, daha 50 nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, yanvarın 7-də, Anadolu nəşri yazır.
Mülki müdafiə idarəsinin nümayəndəsi agentliyə bildirib ki, yerli məhkəmə binasının qarşısında minalanmış avtomobil partladılıb.
Yaxınlıqda yerləşən binalara ciddi ziyan dəyib.
Qeyd edək ki, Aazaz şəhəri Türkiyə ilə sərhəddən 10 kilometr aralıda yerləşir.
Mənbə:> Oxu.Az