“Qəbələ”nin futbolçusunun burnu sındı – VİDEO
Azərbaycan Premyer Liqasının IX turunda “Sumqayıt”la bərabərə (2:2) qalan “Qəbələ”nin daha bir futbolçusu sıradan çıxıb.
“Qafqazinfo” xəbər verir ki, komandanın aparıcı üzvü Rafael Santos zədələnib.
Braziliyalı müdafiəçi ən azı 15 gün məşq edə bilməyəcək. Belə ki, “kimyaçılar”la oyunda Mirabdulla Abbasov top uğrunda mübarizə zamanı Santosun burnunu sındırıb. Bu isə o deməkdi ki, “sambaçı” “Neftçi” və “Sent Etyen”lə oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, son oyunda Sergey Zenyov, Elvin Camalov, Baqali Dabo, Nika Kvekveskiri və Rəşad Sadiqov da zədə səbəbi ilə “Qəbələ”yə kömək edə bilməmişdi.
Mənbə:> Qafqazinfo.az