“iPhone 7” sahibinin əlində partladı – FOTO
Çində “iPhone 7” telefonunun partlaması halı qeydə alınıb.
Oxu.Az “Qafqazinfo”ya istiandən xəbər verir ki, bu barədə “Gizmochina” məlumat yayıb.
İstifadəçi cihazın video çəkən zaman əlində partladığını bildirib. O, şüşənin əlini və üzünü yaraladığını qeyd edib.
Artıq baş vermiş hadisə ilə bağlı “Apple” şirkəti araşdırmaya başlayıb.
Qeyd edək ki, bu artıq “iPhone 7” telefonunun partlaması ilə bağlı ikinci haldır.
Mənbə:> Oxu.Az