Toyuna hazırlaşan hərbi qulluqçu qəzada ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Toyuna hazırlaşan hərbi qulluqçu qəzada ölüb

Toyuna hazırlaşan hərbi qulluqçu qəzada ölüb


Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36-BB-211 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu Bığır kənd sakini 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.

Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) olub. O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanıb.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *