Bu gün Azərbaycanda Ay tutulması müşahidə olunacaq
Bu gün 2016-cı ilin növbəti Ay tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, saat 20:57-də başlanacaq hadisə 22:55-də maksimum həddə olacaq, saat 00:54-də isə başa çatacaq.
X.Mikayılov bildirib ki, bu da yarım kölgəvari ay tutulmasıdır: “Azərbaycanda da bu tutulmanı qismən də olsa müşahidə etmək mümkün olacaq. Lakin bu da kölgəvari tutulma olduğuna görə, adi gözlə müşahidə etmək çox çətin olacaq. Sadəcə, diqqətlə baxdıqda, xüsusi cihazlarla izlədikdə Ayın işığının qismən zəiflədiyi görünəcək. Rusiyada, Avropada bunu müşahidə etmək mümkün olacaq".
Mənbə:> Virtualaz.org