Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub


Bu gecə Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata əsasən, yanğın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında baş verib.

Həmin binada yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *