Efiopiya həbsxanasında yanğın: 20-dən çox adam ölüb
Efiopiyanın paytaxtı Addis-Abebada həbsxanada baş verən yanğın nəticəsində ən azı 23 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “France-Press” agentliyi Efiopiya hökumətinə istinadən xəbər verir.
İlkin olaraq hökumət Kilinto həbsxanasında yanğın zamanı bir ölən və altı yaralı haqqında məlumat vermişdi.
Daha sonra rəsmi məlumata görə, 23 nəfər ölüb, onların 21 nəfəri sıxlıq və ya tüstüdən boğularaq ölüb, daha iki nəfər qaçmağa cəhd edərkən güllələnib.
Doqquz məhkum xəsarət alıb, onlara tibbi yardım göstərilir. Məhkumların hamısı həbsxananın başqa binalarına köçürülüblər.
Yanğının səbəbi açıqlanmır.
Mənbə:> Oxu.Az