Sumqayıtda dəhşətli qəza: Ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto, Foto

Sumqayıtda dəhşətli qəza: Ölənlər var – FOTO (YENİLƏNİB)

Sumqayıtda dəhşətli qəza: Ölənlər var


Bakı-Quba magistral avtomobil yolunun 43-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşması nəticəsində dörd nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb.

AzNews.info xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu və Bayramov Əliyar Yusif oğludur.

30.08.2016 23:20

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

“Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı “LADA 110” markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir.

Qeyd olunur ki, qəzaya “Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən “LADA110” markalı avtomobilin yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda dəhşətli qəza: Ölənlər var
Sumqayıtda dəhşətli qəza: Ölənlər var
Sumqayıtda dəhşətli qəza: Ölənlər var
Sumqayıtda dəhşətli qəza: Ölənlər var
Sumqayıtda dəhşətli qəza: Ölənlər var

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *