İstanbul Universitetində xüsusi əməliyyat aparılır
Polis İstanbul Universitetində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyata başlayıb.
Oxu.Az bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən məlumat verir.
Xüsusi əməliyyat çərçivəsində polis tərəfindən universitetin 62 müəllimi saxlanılıb.
Polis hazırda Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən professorların iş otaqlarına baxış keçirir.
Daha öncə İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən azad edilib, 31 müəllim isə saxlanılıb.
Mənbə:> Oxu.az