Pakistanda partlayış: Xəsarət alanlar var
Partlayış bu gün səhər özəl klinika yaxınlığında baş verib.
Pakistanın Kvetta şəhərində baş verən partlayışda ən azı 12 nəfər xəsarət alıb.
Oxu.Az “Express Tribune” nəşrinə istinadən xəbər verir ki, daha öncə dörd nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
Partlayış bu gün səhər özəl klinika yaxınlığında baş verib. İlkin məlumata görə, söhbət fuqasdan gedir.
Partlayıcı qurğunu quraşdıran şəxsin məqsədi federal şəriət məhkəməsinin hakimi Zahur Şavani ola bilərdi, bu barədə nəşrə əyalətin DİN rəhbəri polkovnik Mir Şarfaraz Buqti bildirib.
Onun sözlərinə görə, hakimin kortejini müşayiət edən terror əleyhinə mübarizə xidmətinin əməkdaşları xəsarət alıb.
Mənbə:> Oxu.Az