Dəhşətli olay: pələng qadınları parçaladı
Pekin şəhəri ətrafında yerləşən vəhşi Badalin təbiəti parkında Sibir pələngi ziyarətçilərə hücum edib, 1 qadın ölüb, daha biri yaralanıb. AzNews.info report-a istinadən xəbər verir ki, insident şənbə günü qadın səyahətçilərin park ərazisinə gələrək təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.
Belə ki, qadınlar park ərazisində onları gəzdirən avtomobili tərk ediblər və bu zaman yaxınlıqda olan pələng gizləndiyi yerdən onlara hücum edib.
Nəticədə qadınlardan biri aldığı xəsarətlərdən yerində keçinib, digər qadın isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Mənbə:> Report