Sumqayıtda dəhşətli qəza: Yol polisi və iki qadın öldü
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, iyunun 26-da axşam saatlarında şəhərin girişində “Hyundai Azera” markalı avtomobil 3 nömrəli marşrut avtobusuna çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan dörd nəfərdən üçü ölüb.
Bildirilir ki, qəzanı törədən sürücü Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Ramin Tahirovdur.
Hadisə zamanı onunla birlikdə avtomobildə dostu və iki qadın olub. R.Tahirov və qadınlar qəza zamanı hadisə yerində keçiniblər.
Digər sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Mənbə:> AzVision.az