Azərbaycanda daha bir xəstə özünü xəstəxana binasından atdı
Bakıda intihar hadisəsi baş verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, oxşar hadisə dünən Balakən rayonunda baş vermişdi.
Rayonun rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov özünü Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsinin pəncərəsindən ataraq, intihar etmişdi.
Mənbə:> APA