Polisin 3 yaşlı oğlunu maşın vurdu
Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.
AzNews.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-xx-440 olan avtomaşınla vurulub.
Salyan Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.
Sayt qeyd edir ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
Mənbə:> Virtualaz.org