Tanınmış ifaçı səhnədə öldü
Dünya şöhrətli rok qrupu “Meqadeth”in baraban ifaçısı Nik Mença 51 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, Mença konsert zamanı səhnədə ifa edərkən anidən yerə yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
“Meqadeth” qrupunun keçmiş gitaraçısı Marti Frendman dostu Mençanın ölümündən sonra rəsmi Feysbuk səhifəsində bunları yazıb:
“Mençanın bənzərsiz və möhtəşəm bir sənətçi olduğunu hamımız bilirdik. O həm də çox sadiq dost və sevgi dolu bir ata idi. Rahat yat, qardaşım”.
Mənbə:> Axar.az