Tanınmış müğənni səhnədə öz mahnısını unutdu – VİDEO+FOTO
Türkiyənin tanınmış müğənnisi, qalmaqallarla yadda qalan Yıldız Tilbe növbəti dəfə konsert səhnəsində qeyri-adiliyini nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, Muğla vilayətinin Bodrum rayonunda konsert səhnəsinə çıxan müğənni öz mahnısının sözlərini unudub. “Şivəsi sənsən aşkın” mahnısını ifa etdikdən sonra musiqisi səsləndirilən növbəti mahnının sözlərini yadına sala bilməyən Tilbə çıxılmaz vəziyyətə düşüb.
Səhnədə bir müddət gözləyən müğənni orkestr üzvlərinə, “bu kimin mahnısıdır” – deyə soruşub. Mahnıya heç cür başlaya bilməyən müğənni əlinin işarəsi ilə səsləndirilən mahnını dayandırıb.
Bundan sonra orkestr Yıldız Tilbənin “Delikanlım” mahnısını səsləndirib. Beləcə çıxılmaz vəziyyətdən xilas olan müğənni konsertə davam edib.
Mənbə:> ANSPRESS