Ankarada xəstəxana yanır
Ankarada “Nümunə” tədris və tədqiqat xəstəxanasında güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, xəstəxananın damında şiddətlənən alovun söndürülməsi üçün əraziyə çoxlu yanğınsöndürən cəlb olunub.
Yüzlərlə xəstənin başqa bloklara köçürüldüyü bildirilib. Yanğın zamanı ölən və ya yaralıların olmadığı qeyd edilib.
Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.
Mənbə:> Axar.az