Rusiyada azərbaycanlılar və dağıstanlılar arasında atışma » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Rusiyada azərbaycanlılar və dağıstanlılar arasında atışma

Rusiyada azərbaycanlılar və dağıstanlılar arasında atışma


Sankt-Peterburqda dağıstanlılar və azərbaycanlılar arasında kütləvi dava düşüb. ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, dava zamanı odlu silahdan istifadə olunub. Leninqrad vilayəti üzrə Rusiya Daxili işlər nazirliyinin şəhər idarəsindən verilən məlumata görə, insident aprelin 28 saat 16:00-da qeydə alınıb. Sankt-Peterburqun "Vasilyevski ostrov" adlanan ərazisində Dağıstandan və Azərbaycandan olan şəxslər odlu silahlardan atəş açıblar. Hadisə zamanı iki nəfər saxlanılıb.

Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik naməlumdur. Hazırda polislər insidentin səbəbini araşdırırlar. İlkin məlumata görə, heç kim xəsarət almayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *