Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı həkimdən xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı həkimdən xəbər var

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı həkimdən xəbər var


Rusiyada vəhşicəsinə döyülmüş azərbaycanlı göz cərrahı komadan ayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı virtualaz.org-a cərrah Emin Usubovun yaxınları veriblər. Onların bildirdiyinə görə, artıq iki gündür ki, yaralı həkim danışa bilməsə də, ətrafdakılara reaksiya verməyə başlayıb.

Ağır vəziyyətdə olan həkimin səhhəti ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən də müalicə olunduğu xəstəxanayla təmaslar qurulub.

Xatırladaq ki, Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, azərbaycanlı göz cərrahı Emin Usubov aprel ayının 14-də axşam saat 9 radələrində Ufa şəhərinin Nijeqorodka kəndindəki “Luç” mağazasının qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hadisə zamanı Emin Usubovun üzərində olan və qanuni qeydiyyatdan keçmiş travmatik silahla müdafiə olumaq istəyi basqınçıları daha da qəzəbləndirib. Onlar E.Usubovu amansızlıqla döyərək ağır bədən xəsarətləri yetiriblər.

Artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, həbs olunanlar var.

Yerli sakinlər isə bildiriblər ki, həkim və tanışı 6 nəfər gənc sərxoşun səbəbsiz və qəfil hücumuna məruz qalıb. Hətta basqınçılar hücum zamanı dəyənəklərdən istifadə edib və həkimin tanışının üstündən maşınla keçmək istəyiblər.

…Aldığı xəsarətlər nəticəsində Emin Usubovun çənə və almacıq sümükləri, burnu sınıb, ağır vəziyyətdə Ufa Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Tanınmış cərrah , 35 yaşlı Emin Usubov əslən Salyan rayonundandır. Ufada 2002-ci ildən yaşayır. Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb.

Elə bu şəhərdə də ailə qurub, 12 yaşlı bir qızı var. İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmış Emin Usubov 4 patentin və onlarla elmi məqalənin müəllifidir. Hazırda doktorluq işi üzərində işləyir.

Həkim yoldaşları Emini həm də xeyirxah bir insan kimi tanıdıqlarını deyərək, onun kiməsə nədəsə pislik etdiyini ağıllarına gətirə bilmədiklərini bildiriblər.

Artıq həkimin Bakıda yaşayan valideynləri və tanınmış diş həkimi olan qardaşı ağır vəziyyətdə olan Emin Usubovun yanındadırlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *