Bakıda tuneldə maşın aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda tuneldə maşın aşdı - FOTO

Bakıda tuneldə maşın aşdı

Bakıda tuneldə yol qəzası olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə baş verib.

Tunellə yüksək sürətlə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü Əliyev Mərzəlabdin Mirmövsüm oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, daha sonra isə zərbənin gücündən aşıb. Avtomobil deformasiyaya uğrasa da, qəza nəticəsində xəsarət alan olmayıb.

Qəza ilə əlaqədar tuneldə nəqliyyat sıxlığı əmələ gəlib. Yol Polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya maksimal sürətin 50 km/saat olduğu tuneldə sürət həddini aşılması səbəb olub. Hadisənin dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Bakıda tuneldə maşın aşdı

Bakıda tuneldə maşın aşdı

Bakıda tuneldə maşın aşdı

Bakıda tuneldə maşın aşdı

Bakıda tuneldə maşın aşdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *