Tiflisdə azərbaycanlı gənclərin qaldığı hotel yandı
Gürcüstan paytaxtında “Vere Palace” hotelində yanğın baş verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, yanğın hoteldəki otaqlardan birində başlayıb.
Yanğının Tiflisdə bu gün işə başlayan Cənubi Qafqaz və Ukrayna gənc siyasətçilərinin 4-cü Forumunda iştirak edən Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublu və Ümid Partiyasının sədr müavini Həcər Abbaslının qaldıqları otaqda baş verdiyi bildirilir.
Nigar Yaqublu APA-ya faktı təsdiqləyib. Müsavat təmsilçisinin sözlərinə görə, hadsiə baş verən vaxt otaqda olmayıblar. Onların otaqda olan əşyaları yanıb.
Yanğın söndürülb. Hadisənin baş vermə səbəbləri hələlik bəlli deyil.
Qeyd edək ki, forum bu gün işə başlayıb. Toplantıda Azərbaycan, Ermənistan Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak edir. Azərbaycanı forumda 14 siyasi partiyadan, o cümlədən YAP-dan olan gənclər təmsil edir.
Mənbə:> APA