5 otaqlı ev əşyaları ilə birlikdə yandı
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib.
Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> ANSPRESS