Meksikada “donuz qripi” epidemiyası: Onlarla ölü
Həftə ərzində Meksikada 95 nəfər “donuz qripi”ndən ölüb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, ötən ilin oktyabrından müxtəlif qrip viruslarından ölənlərin sayı 372-yə çatıb.
Onlardan 278 nəfər “donuz qripi”ndən dünyasını dəyişib.
Ümumilikdə, ölkədə müxtəlif qrip növlərinə 8 min yoluxma faktı qeydə alınıb. Qripə yoluxma hallarına daha çox əyalətlərdə rast gəlinir.
Bir müddət əvvəl Meksika rəsmiləri məktəblərin bağlanmasını zəruri hesab etməsələr də, artıq bir çox özəl bağça və məktəblərdə dərslərə müvəqqəti fasilə verilib.
Mənbə:> Oxu.Az