Əfqanıstanda qanlı voleybol matçı: 50 ölü
Əfqanıstanın şərqində keçirilən voleybol turnirində törədilmiş terror aktında ən azı 50 nəfər həlak olub. Daha 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Agence France-Presse agentliyi yayıb.
Terror aktı Paktika əyalətində baş verib.
Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Yerli hakimiyyətin məlumatına görə həlak olanlar əsasən dinc sakinlərdir.
BBC News yazır ki, terror aktı Əfqanıstan parlamentinin ölkə ərazisində 12 minə yaxın xarici hərbçinin qalması barədə səs verməsindən sonra baş verib.
Noyabrın 21-də ABŞ prezidenti Barak Obama gizli fərman imzalayıb. Fərmana Əfqanıstandakı ABŞ qoşunlarının səlahiyyətlərini genişləndirir. Belə ki, Amerika qoşunlarına yaraqlılarla döyüşlərdə bilavasitə iştiraka icazə verilir.
Mənbə:> Oxu.az