İlhamə Quliyeva öldürülüb?
Bir neçə saat öncə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır.
Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan əməkdaşımız xəbər verir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.
Polis binanın qapısının önündə duraraq, heç kimin binaya daxil olmasına icazə vermir. KİV nümayəndələri oraya daxil olmağa can atırlar. Elgiz Əkbər, Firuzə İbadova, Lamiyyə Ələkbərova xalq artistinin evinə daxil olmağa cəhd edirlər.
AzNews.info primetime.az-a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbər sensasion iddia ilə çıxış edərək bildirib ki, “İlhamə Quliyeva ölməyib, öldürülüb”.
Əldə etdiyimiz məlumata görə, xalq artistinin cəsədi ekspertizaya aparılacaq.
Mənbə:> PrimeTime.az