İlhamə Quliyevanın ölümü ilə bağlı MÜƏMMA » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Maqazin

İlhamə Quliyevanın ölümü ilə bağlı MÜƏMMA

İlhamə Quliyevanın ölümü ilə bağlı MÜƏMMA


Xalq artisti İlhamə Quliyevanın qəfil vəfatı müzakirələrə səbəb olub.

AzNews.info-nun Qafqazinfo-ya istinadla məlumatına görə, müğənninin yaxınları, sənət dostları onun ölümü ilə bağlı sui-qəsd versiyasını da irəli sürülüblər.

Belə ki, teleaparıcı və xalq artistinin yaxın dostu Elgiz Əkbər İlhamə Quliyevanın öz əcəli ilə ölməsinə şübhə etdiyini bildirib:

“İlhamə Quliyeva ölməyib, öldürülüb”.

Bununla bağlı daha bir iddianı isə primadonnanın rəfiqəsi, Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova səsləndirib:

“Dünən iki saat mənimlə dərdləşdi. Onda həyatsevər əhval-ruhiyyə var idi. Gecə 23:20-də mənə zəng vurub dedi ki, 8 Mart günü efirində qonaq olmaq istəyirəm. Studiyanı gül-çiçəklə bəzəyin. Köməkçisi dedi ki, halı anidən pisləşdi. Həkim gələnə kimi dərman verib, bu vaxtı özündən gedib. İlhamə xanımın öldürülməsi barədə dəqiq məlumat deyə bilmərəm”.

Qeyd olunur ki, xalq artistinin nəşi oğlu Orxanın təkidi ilə məhkəmə-tibbi ekspertizası üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.

Müğənni Əli Mirəliyev report.az açıqlamasında bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək:

“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *