İlhamə Quliyeva köməkçisini həbs etdirdi
Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb.
AzNews.info xəbər verir ki, bu barədə məlumatı ölkə.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib:
“Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm”.
Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.
Mənbə:> Olke.az