İlhamə Quliyeva mətbuat konfransı keçirdi – VİDEO+FOTO
Xalq artisti İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın (Bəylərqızı) ona qarşı etdikləri barədə mətbuat konfransı keçirib.
Ölkə.Az-ın məlumatına görə, mətbuat konfransından öncə jurnalistlərə keçmiş köməkçinin Quliyevaya yalvarıb bağışlanmasını əks etdirən görüntülər nümayiş olunub. Sənətkar Hüseynovanı “Lider” telekanalının aparıcısı Lamiyə Ələkbərova vasitəsilə tanıdığını söyləyib və bildirib ki, ilyarım öncə onu köməkçi-xadimə qismində işə götürüb.
Bundan sonra isə Quliyevanın oğlu Orxanın dostu Vüqardan zəhər tapmasını xahiş edib:
“Vüqara deyib ki, onu öldürmək istəyirəm. Oğlumun dostu görüb ki, bu çox cəfəng şeylər danışır, hər şeyi telefonuna yazıb. Hələ bu harasıdır? O, mənim adımdan vəsiyyətnamə hazırlatdırıb və orada qeyd olunub ki, mənim bütün əmlakım onun ola bilər. Vəsiyyətnaməyə saxta yolla imzamın vurulması üçün ondan pul istəyiblər. Gəlib evimdən 5 min manat oğurlayıb ki, vəsiyyətnaməni “qanuniləşdirsin”.
İ.Quliyeva bildirib ki, M.Hüseynova onun ölməsi üçün cadular etdirib:
“İndi də evimdən cadu təmizləyirlər. Bu adam falçıymış, xadimə qismində evlərə gedir və sonra onları həbs etdirəcəyi ilə qorxudur. Hətta iki tanınmış adama böyük məbləğdə pullar atıb. Onunla bağlı axırıncı hadisə isə srağagün oldu. Hüseynovanı oktyabrn 7-də evimdən polislər aparmışdı. Bağımdan qayıdanda gördüm ki, bu da Xatirə adlı rəfiqəsi və əri ilə hardansa gəlir. Dedim ki, sən həbsxanada olmalıydın, burda nə gəzirsən? Səs-küy salıb camaatı ora tökdülər. Əri deyir ki,, mən çıxartdırmışam onu. Sonra mənim dostum Kəmaləni bir ofisə aparıb və döydürtdürüb. Bu gün açıqlama verib ki, mən onu bıçaqlamışam. Onun da səs yazısı var. Deyir ki, ərim məni döyəndə ayağıma şüşə batır. Görün indi də nələrə əl atır”.
Kəmalə xanım deyilənləri təsdiq edib və bildirib ki, M.Hüseynova onun övladlarını da tanımadığı şəxslərə döydürüb:
“Hər halda şübhələndiyim yeganə adam odur. Məni də bir ofisə aparıb döydürtdürmüşdü. Bir neçə gün öncə isə yaşadığım binanın alaqapısında naməlum şəxslərin hücumuna məruz qaldım”
İlhamə Quliyeva bildirib ki, mətbuat konfransından sonra Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova rəsmi müraciət edəcək:
“Dünən Ramil Usubovun köməkçisi ilə telefonda bir saat danışmnışam. Dedi ki, söylədiklərimi cənab nazirə məruzə edəcək. Mənim həyatın təhlükədədir. Oğlumu və oğlumun dostunu onun adamları izləyirlər Bu adam tək deyil və çox güman ki , arxasında dayananlar var. Bir neçə adamın yanında deyib ki, arxasında çox mötəbər qurumlar, hüquq-mühafizə orqanları dayanır. Amma mən inanmıram ki, elə mötəbər qurumlar belə bir dələduzun arxasında dayansın. Ancaq onun tək olmadığına əminəm”.
Mənbə:> Olke.az