Bakıda 48 yaşlı kişinin qanını tökdülər
Bakıda bıçaqlanma hadisəsi baş verib.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, gecə saat 05 radələrində 1968-ci il təvəllüdlü Zeynalov Zöhrab Əfqan oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, 48 yaşlı kişi Nərimanov rayonunda tanışı, 21 yaşlı Əliyev Etibar Yusif oğlu tərəfindən xuliqanlıq zəminində bıçaqlanıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Mənbə:> Lent.az