Xaricdən quldur axını - Azərbaycan təhlükədədir
Qonşu Gürcüstan respublikasından, ölkəmizə son ayda çoxlu sayda oğrular və quldurlar gəliblər.
Xeber1.Az xəbər verir ki, bu quldurların arasında çox peşəkar ev, maşın oğruları və hətta müxtəlif seyf zamokları açan oğrular var. Quldurların arasında uşaq oğruları da mövcuddur. Bu quldurlar insan psixologiyasını gözəl bilən usta quldurlardır. Hətta küçədə sizlərə pul xırdaladıb sizləri aldada bilərlər. Bunların ən mədəniləri müxtəlif ölkələrin dövlət nişanı olan maşınlarda hərəkət edən zaman, svetoforda və ya yol kənarında durmuş vətəndaşlara yaxınlaşıb pul istətirlər. Guya ki, uzaq ölkədən gəliblər və elə indilərdə şəhərə giriblər və bütün sənədlərini və pullarını itiriblər. Zahirən çox varlı görsənən bu quldurlar müxtəlif sözlərnən camaatımızı aldadmağa nail olurlar. Bunlar günün müxtəlif vaxtlarında həyətlərdə və küçələrdə nəzərə çarpmayan yerlərdə maşınlarda oturub müşahidə apararaq yeni qurbanlarını təyin edirlər. Zəif nöqtə tapdıqları halda planlarını həyata keçirirlər. Onlar gecələr uzun müddət işığı yanmayan evləri izləyirlər, həyatin avam sakinlərinə müxtəlif aldadıcı sual verərək bəzi şeylər barədə məlumat alırlar. Günüz vaxtı imkanlı insanların övladlarını məktəbə və ya baxçaya gedərkən izləyirlər.
Bir söznən bunların minlərlə hiyləsi ola bilər. Bu səbəbdən tam ayıq olun, küçələrdə sizlərə sual verən, pul xırdalamaq istəyən, telefonunuzdan zəng etmək istəyən insanlardan ehtiyatınızı qoruyun. Uşaqlarınızı tək buraxmayın. Tam diqqətli olun. Gecə vaxtı blokların girişindəki işıqlarınızı yandırın.
Mənbə:> xeber1az