Bakı sakininin əlində patron partladı
Bakı sakinin əlində patron partlayıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də Binəqədi rayonunda yaşayan Uğur Abdullayev həyətində ov tüfənginə aid patronla ehtiyatsız davrandığından patron partlayıb.
U.Abdullayev xəstəxanaya yerləşdirilib və əl nahiyəsi amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az