Moskvada 50-dən çox kriminal avtoritet saxlanıldı
Rusiya polisi əməliyyat keçirib.
Cinayət-axtarış şöbəsinin əməkdaşları Podolsk rayonunun şəhərətrafı klublarının birində Moskvaətrafı kriminal strukturların liderlərinin görüşündə 53 nəfəri saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.
Görüşdə iştirakçılarından altı tapança, dörd Kalaşnikov avtomatı və dörd travmatik tapança müsadirə ediblər.
Saxlanılan şəxslərin sənədlərinin yoxlanılması zamanı onların yarısından çoxunun daha öncə məhkumluq həyatı yaşadıqları aşkar edilib. 50 nəfərin saxlanılması ilə bağlı “Polis əməkdaşının qanuni göstərişini yerinə yetirməmək” maddəsi üzrə inzibati protokollar tətbiq edilib.
Aşkar olunmuş silahlarla bağlı isə “silahın, onun əsas hissələrinin və sursatın qanunsuz alınması, saxlanılması, satılması, daşınması” maddəsi ilə cinayət işi açılıb.
Maddəyə görə dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Mənbə:> Oxu.Az