Usta qulluqçu qadını ev adı ilə belə aldatdı... » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Usta qulluqçu qadını ev adı ilə belə aldatdı...

Usta qulluqçu qadını ev adı ilə belə aldatdı...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Nail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İttihama görə, Nail Hüseynov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Nazilə Bəyağayevanın etibarından sui-istifadə edərək onun oğlu, II qrup əlil Fazil Bəyağayevə neft şirkətindən birotaqlı mənzil alacağını vəd edib. N.Hüseynov N.Bəyağayevanın 10 min manatını ələ keçirməklə ona qarşı dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə N.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Nail Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 6 il əvvəl tanışlarından birinin vasitəsilə Nazilə Bəyağayevanı tanıdığını deyib: “Naziləni Şaiq adlı tanışımın vasitəsilə tanımışam. Şaiqin evində mən təmir, Nazilə isə təmizlik işləri ilə məşğul olurduq. Nazilə əlil oğluna mənzil almaqda köməklik etməyimi məndən xahiş etmişdi. Evə gəlib fikirləşdim, bu məsələni həll etmək üçün müraciət ediləcək adam tapa bilmədim. Qərara gəldim ki, pulları alıb öz şəxsi ehtiyaclarıma xərcləyim. Yalandan dedim ki, guya bir nəfərin vasitəsilə bu işi 10 min manata həll etmək olar. Nazilə də razılaşdı. 2009-cu ildən etibarən müxtəlif vaxtlarda Nazilədən ümumilikdə 10 min manat almışam. Hər dəfə zəng vurub mənzil barədə soruşanda yalandan vədlər verir, qısa müddət ərzində mənzilin ona təhvil veriləcəyinə inandırırdım”.

Zərərçəkmiş şəxs qismində dindirilən Nazilə Bəyağayeva ifadəsində xəstə oğluna ev almaq üçün təmizlik işləri apardığı mənzilin sahibəsindən ona köməklik etmələrini xahiş etdiyini göstərib: “Onların əlaqələri geniş idi. Dəfələrlə bu barədə mənə yardım göstərmələrini xahiş etmişdim. Cavabında işlə əlaqədar ora-bura gedə bilmədiyini, amma lazımi şəxslərdən bu barədə xahiş edəcəyini dedi. Həmin ərəfələrdə mənzildə təmir işləri aparan Naili yanına çağırıb bu işdə mənə köməklik etməsini tapşırdı. Bir neçə gündən sonra Nail dedi ki, ev almaq üçün 10 min manat xərciniz çıxacaq. Ona hazırda 5 min manatımızın olduğunu, bir az vaxt verərsə, qohum-əqrəbadan da borc ala biləcəyimi dedim. Nail “eybi yox, onsuz da evlər 2 ildən sonra tikiləcək, əvvəlcədən növbəyə durmaq üçün elə 5 min manat lazımdır, yerdə qalanını sonra da vermək olar” dedi. Mən də razılaşdım”.

Məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, N.Hüseynovdan şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Nail Hüseynovun barəsində 2 il sınaq müddəti olmaqla 7 il şərti cəza təyin olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *