Bakıda ata olmağa hazırlaşan şəxs özünü yandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Video

Bakıda ata olmağa hazırlaşan şəxs özünü yandırdı – VİDEO

Bakıda ata olmağa hazırlaşan şəxs özünü yandırdı


Bu gün Bakının Binəqədi rayonunda 27 yaşlı Məmmədov Ələkbər Zahid oğlu üstünə benzin tökərək özünü yandırıb.

AzNews.info ANS TV-yə istinadən xəbər verir ki, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun xeyrinə qərar çıxarıb, bu gün isə Binəqədi rayon məhkəmə icraçıları məhkəmə qətnaməsinin icrası üçün gəliblər.

İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı verin polisə aparsınlar.

Mərhumun qohumu Kövsər xanım bildirir ki, “mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra özünə od vurdu”.

Özünə od vuran Ə.Məmmədov bir qədər əvvəl dünyasını dəyişib. 5 ildir ki, evlənən mərhum ata olmağa hazırlaşırdı.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *