Yəməndə toy mərasimində faciə: 15 ölü, 25 yaralı
Yəməndə toy mərasimi faciə ilə bitib.
Oxu.Az “The Associated Press” agentliyinə istinadən xəbər verir ki, toy mərasimi keçirilən əraziyə ərəb koalisiyası tərəfindən iki hava zərbəsinin endirilməsi nəticəsində azı 15 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Hadisə Damar əyalətində, paytaxt Sənadan 113 km cənub-şərqdə baş verib.
Qeyd olunur ki, hərbi təyyarələr üsyançı husilərin tərəfdarının toy mərasimini bombardman edib.
İnsidentlə əlaqədar koalisiya rəhbərliyi hələ ki hər hansı şərh verməyib.
Mənbə:> Oxu.Az